Türkiyə Litvaya kömək üçün hərbi təyyarə göndərdi

Türkiyə özünün E-7T AWACS havadan erkən xəbərdarlıq və nəzarət təyyarələrindən birini Litvaya göndərib.

Polise.az” xəbər verir ki, bu barədə “Bloomberg”-ə adının çəkilməsini istəməyən Türkiyə rəsmisi  məlumat verib.

Məlumatlara görə, bu, Rusiyanın hava məkanını pozmasından sonra NATO-nun Baltik regionunda müdafiəsini gücləndirdiyinə işarə idi.

E-7T AWACS (AEW&C) təyyarəsi alçaqdan uçan pilotsuz uçuş aparatlarını və yerüstü radarlar tərəfindən aşkar edilməyən digər obyektləri aşkar etməyə qadirdir.

Bu göstərir ki, NATO-nu ikinci ən böyük ordusuna malik Türkiyə Şimal Alyansının effektiv fəaliyyəti üçün öz üzərinə məsuliyyət götürmək imkanındadır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button