Türkiyə mediası Azərbaycanda keçiriləcək Prezident seçkilərindən yazıb

Qarabağın azad edilməsi uğrunda başlayan Vətən Müharibəsində Azərbaycan hərtərəfli birlik nümayiş etdirdi. Dövlət və millət birlikdə qeyri-adi zəfər qazandı. Bu gün cənab İlham Əliyev qalib komandandır.

 Polise.az  xəbər verir ki, bu barədə Türkiyənin “haber7” portalı yazıb.

“Qurucu lider Heydər Əliyevin yolu ilə dövləti addım-addım quran İlham Əliyev indi seçkilərdə 30 illik erməni işğalına son qoyan qalib sərkərdə kimi yenidən Azərbaycan xalqının qarşısına çıxır. Azərbaycanda qələbədən sonra bir çox islahatlar aparıldı. Xalqın rifahı günü-gündən yaxşılaşır”, – deyə məqalədə bildirilib.

Xüsusi vurğulanıb ki, dünyada iqtisadi durğunluğa baxmayaraq, Azərbaycan ildən-ilə inkişaf edir: “Neft və təbii qaz sənayesi ilə yanaşı, kənd təsərrüfatında və digər sahələrdə də irəliləyir. Özəl sektor inkişaf edir. Bu arada işğaldan azad edilmiş Qarabağda quruculuq, məskunlaşma və məşğulluq sahəsində aktiv işlər aparılır. Belə bir şəraitdə Azərbaycanda Prezident seçkiləri bir il irəli çəkildi və fevralın 7-də seçkilər keçiriləcək”.

Məqalədə daha sonra bildirilir ki, İlham Əliyev də daxil olmaqla, seçkilərdə 7 namizəd iştirak edir: “Azərbaycandakı dostlarımızla görüşümüzdən də başa düşürük ki, müharibənin qalib komandiri Əliyev seçkilərin də mütləq qalibi olacaq”.

“Ümid edirik ki, seçkilərdən sonra da Türkiyə-Azərbaycan əlaqələri daha da möhkəmlənəcək”, – deyə məqalədə qeyd edilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button