Türkiyə MN: III Dünya müharibəsi başlayarsa, ordu istənilən ssenariyə hazırdır

Türkiyə Müdafiə Nazirliyi III Dünya Müharibəsi başlayacağı təqdirdə ölkə ordusunun istənilən ssenariyə tam hazır olduğunu bəyan edib.

Polise.az  xəbər verir ki, bu barədə “TRT Haber” Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın III Dünya müharibəsi təhlükəsi ilə bağlı son açıqlamalarını şərh edən mənbələr Türkiyə Silahlı Qüvvələrinin bu gün dünyanın ən hazırlıqlı ordularından biri olduğunu bildirib:

“Türkiyə Silahlı Qüvvələri dinamik ordudur. Dünyanın bir çox regionlarında fəaliyyət göstərir. Biz həmçinin dünyanın bir çox yerlərində sülhü dəstəkləyirik”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button