Türkiyə ordusu Suriya və İraqın şimalında 21 terrorçunu məhv edib

Türkiyə ordusu Suriyanın şimalında 17 YPG (PKK-nın Suriya qanadı) terrorçusunu zərərsizləşdirib. Şimali İraqda daha 4 PKK yaraqlısı öldürülüb.

Bu barədə şənbə günü, yanvarın 18-də AZƏRTAC-a Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Milli Müdafiə Nazirliyi bildirib ki, terrorçulara zərbələr Suriyada “Sülh baharı” antiterror əməliyyatı zonasında, eləcə də Qara bölgəsində və İraqın şimalında Pençe-Kilit əməliyyatı zonasında endirilib.

“Terrorçularla mübarizə hava şəraitindən və relyefdən asılı olmayaraq gecə-gündüz davam edir”, -deyə Türkiyənin Milli Müdafiə Nazirliyi vurğulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button