Türkiyə Prezidenti ABŞ-ın Dövlət katibi ilə görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan ABŞ-ın Dövlət katibi Antoni Blinkeni qəbul edib.

Polise.az xəbər verir ki, İstanbulun Vahdettin Köşkündə baş tutan görüş mətbuata qapalı keçirilib.

Blinken Ərdoğan ilə görüşdən əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə bir araya gəlib. Görüşdən sonra mətbuata açıqlama verilməyib.

Nazirliyin rəsmi X hesabından edilən açıqlamada, görüş zamanı İsrail-Fələstin qarşıdurması, humanitar böhran, İsveçin NATO-ya üzvlük prosesi, ikitərəfli və regional məsələlərin müzakirə olunduğu bildirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button