Türkiyə Prezidenti Əlcəzairə gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairə yola düşüb. Səfər Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə baş tutub.

Polise.az xəbər verir ki, Türkiyə və Əlcəzair prezidentlərinin görüşü zamanı ikitərəfli və regional məsələlərlə yanaşı, İsrail-Fələstin qarşıdurmasının da müzakirə olunacağı gözlənilir.

Əlcəzair-Türkiyə əlaqələri son illər bütün sahələr üzrə əhəmiyyətli dərəcədə irəliləyib. İki ölkə arasında ötən il 5,3 milyard ABŞ dolları olan ticarət həcminin ən qısa zamanda 10 milyard dollara çatdırılması hədəflənir.

Xatırladaq ki, Türkiyədən Əlcəzairə dövlət başçısı səviyyəsində sonuncu səfər 2020-ci ilin yanvarında Prezident Ərdoğan tərəfindən edilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button