Türkiyə Prezidenti: Fransa Ermənistana yaxşılıq etmir, əksinə ona pislik edir
Fransanın Ermənistana zirehli şəxsi heyət daşıyan texnika göndərməsi, sadəcə, təhrikedicidir. Fransa bunu bilməlidir ki, Ermənistana yaxşılıq etmir, əksinə ona pislik edir.
Polise.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana səfərdən qayıdarkən türkiyəli jurnalistlərə müsahibəsində deyib. O əlavə edib: “Əldə edilən sülh fürsətini dəyərləndirmək və onu yanlış istiqamətə yönləndirən ölkələrin toruna düşməmək Ermənistanın maraqlarına uyğun olardı”.
Polise.az