Türkiyə Prezidenti sabah Yunanıstana rəsmi səfərə gedəcək

Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin dəvəti ilə və Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Beşinci Toplantısında iştirak etmək üçün sabah Yunanıstana rəsmi səfər edəcək.

Polise.az Anadolu agentliyinə istinadla xəbər verir ki, Afinada Prezident Ərdoğan və Baş nazir Mitsotakisin sədrliyi və əlaqədar nazirlərin iştirakı ilə keçiriləcək iclasda Türkiyə-Yunanıstan münasibətləri bütün sahələrdə nəzərdən keçiriləcək. İki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün imkanlar müzakirə olunacaq.

Səfər çərçivəsində ikitərəfli münasibətlərin hüquqi əsaslarının gücləndirilməsinə yönəlmiş müxtəlif saziş və memorandumların imzalanması da nəzərdə tutulur.

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button