Türkiyə Prezidenti Soçidə Vladimir Putinlə müzakirə edilən bəzi mövzuları açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Soçidə Rusiya Prezidenti Vladimir Putinlə baş tutan danışıqların bəzi detallarını açıqlayıb.

Türkiyə Prezidenti danışıqlarda Suriya, İdlib mövzusunun başlıca mövzulardan biri olduğunu bildirib.

R.T.Ərdoğan Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərinin alınmasına dair məsələyə də toxunub və vurğulayıb ki, bütün təzyiqlərinə baxmayaraq Ankara öz ehtiyaclarını qarşılamaq məqsədilə Moskvadan “S-400”-lərin ikinci partiyasının tədarükünə də həyata keçirməkdə israrlıdır və Türkiyənin bu məsələdə geriyə addım atmaq kimi bir niyyəti yoxdur.

Türkiyə Prezidenti Qarabağ razılaşmasında yer alan Zəngəzur Dəhlizi ilə əlaqədar da Vladimir Putinlə danışıqlar aparıldığını vurğulayıb.

Türkiyə prezidenti qeyd edib ki, həyata keçiriləcək nəqliyyat kommunikasiya xətlərinin açılması bölgə ölkələri üçün ticari və iqtisadi fürsətlər yaradacaq.

Hamısını Göstər

Related Articles

Back to top button