Türkiyə Prezidenti TDT-yə üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq şuraları sədrlərinin toplantısında iştirak edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq şuraları sədrlərinin toplantısında iştirak edib.
Polise.az “TRT Haber”ə istinadən xəbər verir ki, görüşdə Azərbaycan Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov da iştirak edib.
Görüş İstanbul Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Mərkəzində baş tutub. Tədbir iştirakçıları arasında Türkiyənin ədliyyə naziri, ölkənin Hakimlər və Prokurorlar Şurasının İdarə Heyətinin sədri Yılmaz Tunç, Türk Dövlətləri Təşkilatının baş katibi Kubaniçbek Ömüralıyev, Türkiyənin Hakimlər və Prokurorlar Şurasının Baş katibi Atilla Öztürk, üzv ölkələrin məhkəmə və məhkəmə şuralarının sədrləri də olub.
Polise.az