Türkiyə Qarabağda atəşkəsə nəzarətdə iştirakını elan etdi

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu qırğızıstanlı həmkarı Ruslan Kazakbaev ilə mətbuat konfransında Azərbaycanın Qarabağ qələbəsinə də toxunub.

Bu barədə “Hürriyyət” xəbər yayıb.

O hər dəfə atəşkəs rejimini pozan və müharibəni istəyən tərəfin Ermənistan olduğunu vurğulayaraq, İrəvanın bunun əvəzini ağır ödədiyini deyib:

“Paşinyan sonunda təslim olmaq məcburiyyətində qaldı. Müharibəni başladan tərəf Ermənistandır. Azərbaycan hər zaman atəşkəs tərəfdarı olduğunu göstərdi. Hər səfərində atəşkəsi pozan, müharibə istəyən Ermənistan oldu. Bunun əvəzini də ağır ödədi”, – deyə o bildirib.

Nazir dünən gecə üç ölkə arasında atəşkəs imzanlandığını deyərək, buna necə nəzarət ediləcəyi barədə təfərrüatların müzakirə olunduğunu deyib:

“Məsələ ilə bağlı müzakirələrimiz davam edir. Bundan sonra prosesi birlikdə aparacağıq. Xeyirli olsun. Bu, bir dərs olsun”, – deyə XİN rəhbəri əlavə edib.

O, həmçinin daim Azərbaycanın yanında olacaqlarını vurğulayıb.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button