Türkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdamda yerləşəcək – Prezidentdən açıqlama
“Bildiyiniz kimi, biz artıq Azərbaycanın Ağdam rayonunda Monitorinq Mərkəzinin yaradılması mərhələsindəyik. Bu məsələ noyabrın 10-da imzaladığımız Bəyanatda əks olunub”.
Prezident İlham Əliyev bu sözləri ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edərkən deyib.
“Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Fikrimcə, bu, regional əməkdaşlığın çox yaxşı təzahürüdür. Həmçinin Türkiyə ilə Rusiya arasında çox məqbul əməkdaşlığın rəmzidir. Bu, artıq reallıqdır”, – deyə İlham Əliyev bildirib.