Türkiyə səfiri Almaniya XİN-ə çağırılıb

Türkiyənin Berlindəki səfiri Ahmet Başar Şen Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Report” xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı Almaniya XİN-in nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, səfir Türkiyə yığmasının üzvü Merih Demiralın Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında “bozqurd” işarəsi göstərməsinə görə çağırılıb.

Qeyd edək ki, UEFA Türkiyə yığmasının üzvü Merih Demiralın Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında “bozqurd” işarəsi göstərməsinə görə araşdırmaya başlayıb. Yekun qərarın yaxın zamanda açıqlanacağı gözlənilir. Almaniyanın daxili işlər naziri Nensi Feser də istintaq başlanılmasını istəyib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button