Türkiyə səfiri: Həmrəyliyə və dəstəyə görə Azərbaycana təşəkkür edirik
Türkiyənin respublikamızdakı səfiri Cahit Bağcı ölkəsindəki meşə yanğınlarının söndürülməsinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
Polise.az xəbər verir ki, səfir bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Qardaş Azərbaycanın Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ölkəmizin müxtəlif regionlarında meşə yanğınları ilə mübarizə üzrə davam edən işimizi dəstəkləmək üçün hazırlanmış “BE-200ÇS” amfibiya tipli yanğınsöndürən təyyarə və onun ekipajı indicə Bakıdan İzmirə yola düşüb.
Hər zaman olduğu kimi göstərilən bu həmrəyliyə və dəstəyə görə Prezident İlham Əliyevin simasında bütün qardaş Azərbaycan xalqına ölkəmiz, xalqımız və dövlətimiz adından təşəkkür edirik.
Sevinclərimiz də, kədərlərimiz də birdir. Çünkü biz bir millət, iki dövlətik. Gücümüz birliyimizdir”, – səfir qeyd edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyəyə yola salınıb. Eyni zamanda FHN-in iyinin müvafiq yanğın-xilasetmə qüvvələri də hazırlıq vəziyyətinə gətirilib.
Polise.az