Türkiyə səfiri: Parlament seçkilərinin dinc və təhlükəsiz şəkildə başa çatması bizi çox sevindirir

Azərbaycanın bütün ərazisində keçirilən parlament seçkilərinin dinc və təhlükəsiz şəkildə başa çatması bizi çox sevindirir.

Polise.az  xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı sosial şəbəkədə yazıb.

“Müstəqilliyinin bərpasının 33-cü ildönümündə qardaş Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad edilmiş Qarabağda keçirilən parlament seçkilərinin dinc və təhlükəsiz şəkildə başa çatması bizi çox sevindirir.

Ümid edirik ki, seçkilərin nəticələri və Milli Məclisin yeni tərkibi qardaş Azərbaycan xalqına və dövlətinə xeyirli olacaq”, – o qeyd edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button