Türkiyə, Səudiyyə Ərəbistanı və Misir üçbucağ – Yeni yaranan siyasi fiqur bölgəyə nə vəd edir? – Analiz

Yeni tarixdə Yaxın Şərqdə heç vaxt mütləq sabitlik olmayıb. Birinci Dünya Müharibəsinin sona çatdığı 1918-ci ildən, “Ərəb Baharı”nın başladığı 2011-ci ilə qədər bölgədə 80 -dən çox silahlı qarşıdurma baş verib.

Bu barədə TRT World beynəlxalq xəbər kanalının hazırladığı reportajda məlumat verilib. İraqın Küveytə hücumu və ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri tərəfindən onun azad edilməsi ilə Yaxın Şərqdə nisbi sabitlik yarandı. Bundan sonra bölgədə Misir, Səudiyyə Ərəbistanı və Suriya arasında sıx koordinasiya quruldu. Bu üç dövlət arasındakı əməkdaşlıq, diplomatik əlaqələrin və kanalların açıq qalması bölgədə kəskin münaqişələrin yaranmasına mane olmasa da, bir müddətlik sabitliyi təmin etdi. Həmin dövrdə Türkiyə daxili siyasətlə məşğul idi və Avropa Birliyinə üzv olmaq üçün lazım olan iqtisadi və siyasi islahatlara daha çox diqqət yetirirdi. İndi Suriya oyundan kənar qaldığı üçün yeni bir sabitlik üçbucağına ehtiyac var.

Kanalın məlumatına görə, Türkiyə – Səudiyyə Ərəbistanı – Misir üçbucağının bölgəyə daha böyük təsiri ola bilər. Çünki bu ölkələr həm nəzəri, həm də praktiki cəhətdən sabitliyin təmin edilməsinə əsaslanan ümumi maraqlara malikdirlər. Sözsüz ki, nə İsrail, nə də İran bu cür əməkdaşlığı müsbət qarşılamayacaq. Amma düşmənçilik mövqeyi də sərgilənməyəcək. Çünki Türkiyənin həm İran, həm də İsrail ilə yaxşı əlaqələri mövcuddur. Üstəlik İran, Türkiyənin Misir və Səudiyyə Ərəbistanı üzərindəki təsirini alqışlayacaq, bu da onlar arasında gərginliyin azalmasına səbəb olacaq. İsrail isə üçbucağı İranın bölgədəki hegemon cəhdlərinin qarşısını almaq üçün bir mexanizm kimi görür.

Reportajda qeyd olunur ki, Türkiyə artıq Misir və Səudiyyə Ərəbistanı ilə əlaqələri möhkəmləndirmək istiqamətində addımlar atmağa başlayıb. Belə ki, diplomatik münasibətləri normallaşdırmaq və ikitərəfli əlaqələri yaxşılaşdırmaq üçün yüksək rütbəli Türkiyə nümayəndə heyəti Misirə səfər edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə Səudiyyə Ərəbistanına səfər edərək iki ölkə arasındakı münasibətlərdə uzun müddət davam edən gərginlikdən sonra əməkdaşlığı gücləndirib.

Hamısını Göstər

Related Articles

Back to top button