Türkiyə Təhlükəsizlik Şurası toplanır, Ermənistan-Azərbaycan normallaşma prosesi müzakirə olunacaq

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Polise.az  Türkiyə KİV-inə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasın əsas mövzularından biri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması olacaq.

Həmçinin, Yunanıstanla münasibətlər, Şərqi Avropada və Yaxın Şərqdə davam edən müharibələr, terrorla mübarizə barədə də fikir mübadiləsi aparılacaq.

Eyni zamanda, Suriya ilə münasibətlərin normallaşması məsələsi də gündəlikdə olacaq.

Qeyd olunub ki, iclas çərçivəsində PKK, İŞİD kimi terror təşkilatlarına qarşı mübarizədəki son durum barədə dövlət başçısına məlumat veriləcək.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button