Türkiyə Tunisin arxayınlaşmasına izn verməyəcək
Müəllif: İkram Nur
Tunisdəki hadisələrdən sonra Türkiyə silahlı qüvvələri PUA-ların yardımı ilə öz hərbi bölmələrini Liviya-Tunis sərhədinin müşahidəsinə cəlb edib. Benqazidən yayımlanan 218 telekanalı məlumat yayıb ki, türk hərbçiləri Beni-Valid yaşayış məntəqəsinin yaxınlığında havadan müdafiə və radioelektron mübarizə sistemləri quraşdırıb.
Tripolidən cənub-qərbə doğru. Ara-sıra buraya canlandırıcı külək bəxş edən Aralıq dənizinin 200 kilometrliyi. Hələ əhl-səlibləri xatırlayan qədimi yarımdağılmış qala, sonsuz və daima mavi səmaya doğru ucalan şəbəkəli məscidlər. Türkiyənin Tunisdəki vəziyyətə nəzarət etmək nöqtəsinə çevrilən Beni-Validə xoş gəlmisiniz.
Burada konstitusion çevrilişdən iki həftə sonra prezident Kais Səidin siyasi rəqiblərinin təmizlənməsi prosesi davam edir. Bu günlərdə “Ər-Rahma” partiyasını təmsil edən deputat və yerli populyar «Quran Karim Tunisie» radiostansiyasının sahibi Səad Cəziri həbs olunub. O, Türkiyə ilə əməkdaşlığın inanılmış tərəfdarı, BƏƏ-nin əleyhdarıdır. O, prezidentin hakimiyyəti zəbt edərək parlament üzvlərinin toxunulmazlığını ləğv etdiyi 25 iyul tarixindən sonra həbs olunan sayca beşinci deputatdır.
Sanki klassik taktikadır – qiyamçıların başçısı siyasi meydanı öz opponentlərindən təmizləyir. Həm də siyasi çəkisindən asılı olmayaraq. Məsələn, “sosial şəbəkələrdə hökumət əleyhinə statuslarına görə” mikroskopik “Fermerlərin səsi” partiyasının lideri Feysal Tebbini həbs edilib. Onun partiyasının cəmisi 70 üzvü vardı, onların da 75 faizi qohumlarından ibarətdi. Ancaq xarakterikdir ki, həbs edilənlərin hamısı Ankara ilə əməkdaşlığın tərəfdarıdırlar, Qərbin Şimali Afrikadakı siyasətini və yeni “firon”u – Misir feldmarşalı əs-Sisini tənqid edirlər.
Tendensiyadır – Tunis prezidenti sadəcə düşmənlərini zəiflətməklə siyasi meydanı təmizləmir, həm də ona və hərbçilərə yaxşılıqlar uğrunda mübarizə aparmağa mane olan “pis islamçılar”ı xalqa nümayiş elətdirir.
Məhz Kais Səidin və onun xuntasının “Tunisin işıqlı gələcəyi” olduğunun sübutu kimi isə ölkədə birdən-birə əhalinin vaksinasiyası kampaniyası start götürür. Səhiyyə nazirliyi təkcə 2 gün ərzində – 8 və 9 avqustda – rekord sayda vətəndaşın – 551 min nəfərin peyvənd aldığını elan edir. Çevrilişə qədər gündə 45-50 min adama peyvənd vurulurdu – görünür, ölkə əhalisi Səidlə birlikdə sabaha can atmağa başlayıb. Əyani misaldır ki, “mədəni avtoritarizm” hansısa parlament demokratiyasından, müxalifətdən və söz azadlığından daha effektiv olacaq.
Ankara təmkinini pozmur. Hakim partiyanın rəsmi nümayəndəsi Ömər Çelik hakimiyyətin zəbtini çevriliş adlandırsa da, Ərdoğan və xarici işlər naziri Mövlut Çavuşoğlu bu termini işlətməkdən hələ də yayınırlar.
Avqustun 9-da Türkiyə prezidentinin Kais Səidlə telefon danışığı olub. Ankaranın dərc etdiyi hesabatda Ərdoğanın “bölgədəki demokratik dəyişikliklər üçün ilham mənbəyi olan” parlamentin heç nəyə baxmayaraq fəaliyyətini davam etdirməsinin həm Tunis, həm də bölgə demokratiyası üçün əhəmiyyətini qeyd etdiyi deyilir.
Növbəti həftədə isə Çavuşoğlunun bölgəyə səfəri gözlənilir. Və o, yerindəcə Ankaranın vəziyyəti yaxşılaşdırmaq üçün nə edə biləcəyini müəyyənləşdirəcək. Təbii ki, diplomatik yolla. Ancaq Kais Səidə “qırmızı xətlər” artıq göstərilib. Türk kontingentinin Beni-Validdə yerləşdirilməsi ilə. Ki, Tunis rəhbərliyi siyasətdə əldən düşmüş Xəlifə Xaftarın yardımı, Qərbin antitürk koalisiyasının dəstəklənməsi və digər Türkiyə əleyhinə fəndlərlə“Misir ssenarisi”nin reallaşmasına aparan yolun onlar üçün açıq olduğuna dair tələsik və siyasi cəhətdən yersiz nəticələrdən kənar dursunlar.
Bu, vaxtında və düzgündür. Ankara xarici siyasətdə öz maraqlarına yönəlmiş yeni səhifə açıb. Və buna görə də başqalarından həmin maraqlara hörmətlə yanaşmağı tələb edə bilər. Onları yüngül titrəmədə saxlamaqla.