Türkiyə Ukraynaya qoşun göndərmək üçün şərtini AÇIQLADI

Ankara sülhməramlı missiyanın bir hissəsi olaraq Ukraynaya qoşunlarını göndərməyə hazır olduğunu bəyan edib, lakin kontingentin yerləşdirilməsi yalnız atəşkəs elan edildikdən sonra mümkündür.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik vurğulayıb ki, ölkə sabit və uzunmüddətli atəşkəsə nail olmağa yönəlmiş bütün konstruktiv təşəbbüslərdə iştirak etməyə hazırdır. Lakin Türkiyə kontingentinin “istəklilər koalisiyası”nda iştirakı yalnız hər bir iştirakçı üçün aydın missiya müəyyən edildikdən və məsuliyyətlər ölkələr arasında bölüşdürüldükdən sonra mümkündür.

“Türkiyə Rusiya və Ukrayna arasındakı münaqişədə daimi atəşkəsin yaradılmasına yönəlmiş istənilən təşəbbüsə töhfə verməyə hazırdır. Bunun bir hissəsi olaraq, biz “istəklilər koalisiyasında” fəal iştirak edirik. Qoşunlarımızı göndərməzdən əvvəl əvvəlcə atəşkəsi təmin etməli və hər bir ölkənin missiyasını əlaqələndirməliyik”, – məlumatda deyilir.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button