Türkiyə və İsrail arasında gərginlik: Biz yoxuqsa, Azərbaycan var

Türkiyə Silahlı Qüvvələri (TSQ) Qəzza zolağında yerləşdiriləcək beynəlxalq sabitləşdirici missiyada yer alacaq hərbçilərlə bağlı hazırlıqlarını tamamlayıb.

Teleqraf xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələrinə istinadla “Türkiyə” qəzeti məlumat yayıb.

Qəzzaya hərbi qüvvə göndərmək baxımından Türkiyə üçün heç bir problemin olmadığını bildirən təhlükəsizlik mənbələri qeyd ediblərlər:

“ABŞ də bizim orada olmağımızı çox istəyir, amma İsrail qarşı çıxır. Amerikalılar İsrailə təzyiq göstərirlər ki, türk hərbçiləri olsun. Çünki atəşkəsin qarantlarından biri olaraq bizim də orada olmağımız lazımdır. Amma olmasaq, dünyanın sonu deyil. İndoneziya, Azərbaycan və Pakistan kimi ölkələrin orada olması, bizim orada olmağımızla eyni məna kəsb edir. Amma birliklərimiz hazırdır. Lazım ola biləcək birliyi hazırlamışıq. “Gəlin” deyilən kimi, hazırıq”.

Nəşr Qəzza zolağında atəşkəs üçün ən çox çalışan ölkənin Türkiyə olduğunu vurğulayıb.

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts noyabrın 21-də bəyan etmişdi ki, Vaşinqton Azərbaycan və İndoneziya ilə Qəzzada beynəlxalq sabitləşdirici qüvvələrin formalaşdırılması üçün bu ölkələrin hərbi kontingent göndərməsi barədə aparılan danışıqları müsbət qiymətləndirir.

“Bir çox ölkələr Qəzzada sabitliyi təmin etmək üçün öz hərbi kontingentlərini göndərməzdən əvvəl BMT-nin təsdiqini gözləyir. Azərbaycan, İndoneziya və digər ölkələrlə aparılan danışıqlar kifayət qədər müsbət olub”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button