Türkiyə və Özbəkistan XİN rəhbərləri Qarabağı müzakirə etdilər
Türkiyə Xarici İşlər naziri (XİN) Mövlud Çavuşoğlu özbəkistanlı həmkarı Əbdüləziz Kamilovla Qarabağla bağlı əməkdaşlığı müzakirə edib.
Bu barədə o, Kamilovla birgə keçirdiyi mətbuat konfransında deyib.
“Əfqanıstan, Qarabağ, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı kimi regional və beynəlxalq mövzuları müzakirə etdik”.
O qeyd edib ki, bu ərazilərdə birgə əməkdaşlığı genişləndirmək mövzusunda razılığa gəlinib.