“Türkiyə və Rusiya eyni missiyanı yerinə yetirəcək” – Atəşkəsə nəzarətlə bağlı AÇIQLAMA

“Atəşkəsə nəzarət mərkəzində Rusiyanın fəaliyyəti nədən ibarət olacaqsa, Türkiyənin də fəaliyyəti ondan ibarət olacaq”.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan mediası ilə görüşdə sualları cavablandırarkən deyib.

O bildirib ki, bu mərkəzdə Rusiya ilə Türkiyə birlikdə çalışacaq:

“Təbii ki, ev sahibi ölkə olaraq Azərbaycanın rolu önəmlidir. Amma mərkəzin fəaliyyəti, idarəçiliyi barədə sabah Rusiyadan Türkiyəyə gələcək heyətlə birgə İşçi qrupu çərçivəsində müəyyən ediləcək. Daha sonra danışıqlar barədə Azərbaycana da məlumat veriləcək.

Amma ümumi olaraq nəzarət mərkəzi atəşkəsə havadan, qurudan nəzarəti həyata keçirəcək. Atəşkəsi pozan olarsa, bu bildiriləcək və həmin tərəfə qarşı hansı tədbirlərin görülməsi müəyyən ediləcək.

Türkiyə və Rusiya birlikdə eyni missiyanı yerinə yetirəcək. Qardaş Azərbaycan xalqının da istəyi bu idi. Prezident İlham Əliyev də Türkiyənin rol almasının vacib olduğunu qeyd etmişdi. Nəticədə, bu üçtərəfli razılaşma imzalandı və bu mərkəz qurulur”.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button