Türkiyə XİN: Ankara Ukraynada uzunmüddətli və ədalətli nizamlanmanın tərəfdarıdır

Türkiyə gələcəkdə də Ukraynada vəziyyətin uzunmüddətli və ədalətli nizamlanması prosesinə töhfə verməyə səy göstərəcək.

Polise.az  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Ukraynada müharibənin başlanmasının ikinci ildönümü ilə bağlı şənbə günü verdiyi bəyanatda deyilir.

Türkiyənin xarici siyasət idarəsində qeyd ediblər ki, Ukraynada müharibənin dağıdıcı fəsadları davam edir və bu, təkcə regiona deyil, bütün dünyaya mənfi təsir göstərir.

Ankara Ukrayna üzrə diplomatik prosesin bərpa olunacağına ümidvar olduğunu bildirib. Bəyanatda deyilir: “Ankara bu vəziyyətlə bağlı mövqeyini tərəflərə çatdırmaqda davam edir. Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü nəzər alaraq, bu ölkənin birliyini dəstəkləyirik”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button