Türkiyə XİN: Azərbaycanlı qardaşlarımızın qürurunu və coşqusunu bölüşürük

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.
Polise. Teleqraf -a istinadən xəbər verir ki, nazirlik bu barədə “X” sosial media hesabında paylaşım edib.
“Can Azərbaycanın Müstəqillik Günü qutlu olsun. Azərbaycanlı qardaşlarımızın qürurunu və coşqusunu ürəkdən bölüşürük”,- təbrikdə bildirilib.
Polise.az



