Türkiyə XİN Ermənistanı dəqiq mina xəritələrini Azərbaycana təhvil verməyə çağırıb

Türkiyə Ermənistanı işğalından azad edilmiş ərazilərdəki mina sahələrinin dəqiq xəritələrini Azərbaycana təhvil verməyə çağırıb.

Polise.az  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, BMT Baş Assambleyası dünya ictimaiyyətinin diqqətini mina təhlükəsinə cəlb etmək üçün aprelin 4-nü “Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü” elan edib: “Ankara uzun müddət minalarla çirklənmə ilə bağlı ciddi təhlükələrlə üzləşmiş Əfqanıstanın, eləcə də işğaldan azad edilmiş ərazilərində hələ də dəqiq yeri bilinməyən çoxlu minaların olduğu Azərbaycanın narahatlığını bölüşür. Biz Ermənistanı Azərbaycana dəqiq mina xəritələrini verməyə çağırırıq”.

O da vurğulanıb ki, Türkiyə mina təhlükəsi ilə mübarizə aparan ölkələrə dəstəyini bundan sonra da davam etdirəcək.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button