Türkiyə XİN rəhbəri: Rusiya və Ukrayna Tramp və Ərdoğanın sülh çağırışlarına ciddi yanaşmalıdır

Rusiya və Ukrayna ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sülh çağırışlarına ciddi yanaşmalıdır.
Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüşdən əvvəl keçirdiyi mətbuat konfransında deyib.
Hakan Fidan qeyd edib ki, mövcud mərhələdə yalnız iki yol mövcuddur: “Bu yollardan biri bizi sülhə aparacaq yeni bir dövrün başlanğıcına gətirib çıxara bilər, digəri isə yeni dağıntılar və insan itkiləri ilə nəticələnəcək”.
Polise.az