Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılaraq ölkəsinə təhvil verilib

Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılaraq ölkəsinə təhvil verilib.

Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Türkiyə və Azərbaycan polisinin əməkdaşlığı çərçivəsində keçirilən birgə əməliyyat nəticəsində müəssisələrə atəş açmaqda və iş adamlarından hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan Ö.A.K.-nın yeri müəyyən edilib.

İki ayrı hadisə üzrə qəsdən adam öldürmə, narkotik vasitələr və qanunsuz odlu silahlarla bağlı ittihamlarla barəsində həbs qərarı olan Ö.A.K. Bakıda saxlanılaraq Türkiyəyə gətirilib.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button