Türkiyədə bələdiyyədə əməliyyat: Sədr də daxil 44 nəfər saxlanıldı

Türkiyənin Adana şəhərində Çukurova bələdiyyəsində tender və satınalmalarda qanun pozuntularına yol verildiyi iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində 44 nəfər saxlanılıb.

Polise.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Saxlanılanlar arasında hazırkı bələdiyyə sədri Emrah Kozay və əvvəlki dövrdə bələdiyyə sədri olmuş Soner Çetin də var.

Xatırladaq ki, Emrah Kozay müxalif Yeni Partiyanın üzvüdür. O, 2026-cı il avqustun 7-də Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verərək Yeni Partiyaya qoşulduğunu açıqlayıb.

Kozay 2024-cü ildə Çukurova bələdiyyə sədrliyinə CHP-nin namizədi kimi seçilib.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button