Türkiyədə bayram terroru planı ifşa olundu- ƏMƏLİYYAT

Türkiyə təhlükəsizlik qüvvələri Milad və Yeni il ərəfəsində planlaşdırılan terror aktlarının qarşısını alıb.
Musavat.com xəbər verir ki, bu barədə İstanbul Prokurorluğu məlumat yayıb.
Rəsmi açıqlamaya görə, istintaq çərçivəsində 137 nəfər şübhəli silahlı qruplaşma üzvü barəsində həbs qərarı çıxarılıb. Onlardan 115 nəfər artıq saxlanılıb, digərlərinin tutulması istiqamətində əməliyyatlar davam edir.
Prokurorluq bildirir ki, planlaşdırılan hücumlar kütləvi bayram tədbirlərini və sıx insanların toplaşdığı məkanları hədəf alıb. Təhlükəsizlik orqanları terror aktlarının vaxtında aşkarlanaraq zərərsizləşdirildiyini vurğulayır.
Rəsmi qurumlar ictimaiyyətə sakitliyi qorumaqla yanaşı, şübhəli hallarla bağlı dərhal məlumat vermək çağırışı edib.
Polise.az



