Türkiyədə terror təşkilatının 89 tərəfdarı saxlanılıb

Türkiyənin 6 vilayətində terror təşkilatının 89 tərəfdarı saxlanılıb.

Polise.az  xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında bildirib.

Nazir qeyd edib ki, 2 aprel 2024-cü il çərşənbə axşamı Van, Hakkari, Siirt, Batman, Şırnak və İzmir vilayətlərində qanunsuz aksiyalar keçirən, separatçı terror təşkilatını dəstəkləyən şüarlar səsləndirən ümumilikdə 89 şübhəli saxlanılıb.

“Aprelin 2-də xəbərdarlıqlara baxmayaraq, müqavimət göstərərək, icazəsiz nümayiş keçirdiklərinə, separatçı terror təşkilatına dəstək şüarlar səsləndirdiklərinə, təhlükəsizlik qüvvələrinə daşla hücum etdiklərinə Vanda 26, Yüksekovada 29, Hakkaridə 9, Siirtdə 4, Batmanda 5, Şırnakda 10, İzmirdə 6 şübhəli nəzarət altına alınıb.

“Təhlükəsizlik qüvvələrimiz ölkəmizin əmin-amanlığı və təhlükəsizliyi naminə yorulmadan fəaliyyətini davam etdirir”, – Yerlikaya “X”dəki hesabında yazıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button