Türkiyədən Fransaya cavab: Qanunlarımıza və müstəqilliyinə hörmət edin

Rəsmi Ankara Türkiyə Fransa Xarici İşlər Nazirliyinin Türkiyədə insan haqlarının vəziyyəti ilə bağlı açıqlamalarına cavab verib.

Teleqraf Türkiyə XİN-ə istinadən xəbər verir ki, Ankara Fransanı Türkiyənin daxili qanunlarımıza və məhkəmə sisteminin müstəqilliyinə hörmət etməyə, başqa ölkələrə qarşı siyasi bəyanatlardan qaçmağa və öz daxili məsələlərinə diqqət yetirməyə çağırıb.

Türkiyədə davam edən məhkəmə proseslərinin ədalətli və qərəzsiz həyata keçirildiyi vurğulanan bəyanatda bu ifadələr yer alıb:

“Biz Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatını qətiyyətlə rədd edirik.

Türkiyə bütün vətəndaşları üçün ədalətli və qərəzsiz məhkəmə proseslərini təmin edib. Sözügedən məhkəmə prosesləri Türkiyə Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq müstəqil məhkəmə orqanları tərəfindən həyata keçirilir.

Fransada ana müxalifət liderinin məhkəmə qərarı ilə həbsə məhkum edildiyini və seçkilərdə iştirakının qadağan edildiyini, bəzi bələdiyyə sədrləri ilə bağlı işlərin davam etdiyini nəzərə alsaq, sözügedən bəyanatda ikili standartların olduğu aydın görünür. Biz Fransaya daxili qanunlarımıza və məhkəmə sisteminin müstəqilliyinə hörmət etməyi, başqa ölkələrə qarşı siyasi bəyanatlardan qaçmağı və diqqəti öz daxili məsələlərinə yönəltməyi tövsiyə edirik” – məlumatda qeyd olunur.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button