Türkiyənin əmək və sosial müdafiə naziri 1 saylı DOST Mərkəzi ilə tanış olub

Azərbaycanda səfərdə olan Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanın başçılıq etdiyi nümayəndə heyəti DOST Agentliyinin 1 saylı DOST Mərkəzi ilə tanış olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən  Polise.az -a bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST konsepsiyası barədə nümayəndə heyətinə məlumat verib. O, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə DOST Agentliyinin və artıq 7 DOST mərkəzinin açıldığını qeyd edib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının üstünlüklərindən və dövlət sosial xidmətlər sahəsinə gətirdiyi innovativ yeniliklərdən bəhs olunub. Bu konsepsiyanın 159 sosial xidməti “bir pəncərə”dən, şəffaf, operativ, vətəndaş məmnunluğuna uyğun təqdim etməyə imkan yaratdığı vurğulanıb.

DOST mərkəzlərində ötən dövrdə artıq 2,6 milyon vətəndaşa xidmət göstərildiyi, həmin xidmətlərdən vətəndaş məmnunluğunun 98,2 faiz təşkil etdiyi diqqətə çatdırılıb.

Son illər dövlət sosial xidmətlərinin elektronlaşdırılması istiqamətində qazanılan uğurlar barədə də məlumat verilib. Ölkəmizin DOST və elektron xidmətlər üzrə təcrübələrinin bir çox beynəlxalq mükafatlara layiq görüldüyü, bir sıra ölkələrin bu təcrübələrimizin tətbiqinə maraq göstərdikləri vurğulanıb.

DOST Agentliyində Türkiyə nümayəndə heyəti üçün DOST konsepsiyası və sosial sahədə elektronlaşma proqramına dair təqdimatlar edilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button