Türkiyənin Ermənistanla əlaqələrin bərpası üçün üç tələbi

“İkitərəfli münasibətlərin normallaşması üçün Türkiyənin Ermənistandan bir sıra tələbləri var”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

Abramyana görə, Ankaranın əlaqələrin bərpası üçün tələbləri aşağıdakılardır:

– Türkiyə Azərbaycanın prioritetlərini Ermənistanla münasibətlərin normallaşdırılmasının mərkəzinə qoyur. (Yəni əlaqələrin bərpası üçün İrəvan Bakı ilə sülh sazişini imzalamalıdır).

– Ermənistan hakimiyyəti “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanıdılması məsələsindən imtina etməlidir.

– İrəvan Ankaranı Cənubi Qafqazda regional müşahidəçi kimi tanımalıdır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button