Türkiyənin Ermənistanla bağlı gizli planı – 2021-də nə baş verəcək?

Sona qədər diqqətlə oxumağınızda bir xeyli xeyir var, Qarabağın aqibəti xeyir olmasa da. Hörmət və diqqətlə mövzumuza keçid alaq.Biz “böyümə balaca, böyüsən öləcəksən”i “tez böyümək tez ölməkdir” kimi qısa yolla anlamışdıq. Atamız mərmi idi. Atalarını burnunda barıt qoxusu ilə gözləyən uşaqlardıq.“Şuşanın dağları başı dumanlı” olanda anamız əlini ağzına tutub ağlayardı. Biz də anamızın ətəyini dartıb ağlayardıq çörək növbələrində. Unutmamısınız ki? Bilirəm ki, bir çoxunuz unutmamısınız.Bütün bunlar bizim üçün Qarabağ travmasıdır. Mən uşaqlığı ilə qoçaqlıq edə bilmiyən öz yaşıdlarımı nəzərdə tutub bu fikirləri səsləndirirəm.Bu milləti kimlər və niyə sındırmaq istəyir, nəyimiz kimlərdən əskikdir?Qarabağla bağlı baş verənlərin siyasi tərəflərinə nəzər salmaq üçün əvvəlcə özümü sakitləşdirməli idim belə bir duyğusal giriş yazaraq. Mən, siz dinləyicilərdən əlbəttə çox şey istəyə bilmərəm, buna haqqım da çatmır. Gücüm çatan tək şey sizi bilgiləndirməkdir.Düz iki həftə əvvəl Türkiyə mətbuatında gizli bir sənəd ortaya çıxıb. Bu sənədə əsasən, Türkiyə Yunanıstan və Ermənistana hücum etmək üçün plan hazırlayıb.Bu barədə erməni politoloq Yervand Bozoyan yazıb. O daha sonra belə deyib: “Yunanıstana hücum planı 2014-cü ildə sənədləşdirilmiş olub, Ermənistana hücum planı isə hələ… 2000-ci ildə hazır idi. Məqsəd 2021-ci ilin mart ayına qədər Ermənistan dövlətçiliyini tamamilə parçalamaqdır ki, 1921-ci ilin Moskva müqaviləsinə qarşı Moskvanı Ermənistanla bağlı tamamilə başqa plana məcbur edə bilsin. Bu planda nəinki Qarabağ, eləcə də Zəngəzur ermənilərin olmayacaq”, – deyə, erməni deputat bildirib.Azərbaycanla Türkiyənin yaxınlaşması erməniləri, sözsüz ki, qorxuya salıb. Türkiyənin məlum məsələlər üzündən, yəni ölkə daxilində FETÖ və PKK terror təşkilatının yaratdığı fəsadlardan dolayı bu vaxta qədər bölgəmizdə aktiv rol oynamaması Ermənistanın cənubi Qafqazda rus atını oynatmağına səbəb olmuşdu. Ona görə olmuşdu deyirəm ki, indi həmin rus atı ermənini it kimi oynadır. Bunu Tovuz döyüşlərindən də gördük.İndi qayıdıram videonun əvvəlindəki kimdən və nədən əskikiyik söhbətinə. Rusiyanın hərbi gəmilərinin Bakıya gəlməsi nə qədər məlum mövzu olsa da, o gəmilərdən müqəddəs torpağımıza ayaq basan hərbiçilərin qarşısında atılıb-düşməyimizin, rəqslərin, gül dəstələrinin mahiyyəti dövlət içində, dövlətçilik edənlərmi var, sualını ortaya qoyur. Kimdir müqəssir? Biz çörəyi qulağımıza yemirik. Fəqət yaxşı bilirəm ki, Polad Həşimovun şəhid olmasının əsas səbəbkarı Rusiyadır. Bəli, biz həmin hadisədə çörəyi qulağımıza yeməsək də, tətik tutan əlimizi, şəhadət barmağımızı, bu dəqiqdir ki, gəmirirdik.Bu millətin əzmini qırmaq kimə və nəyə lazımdır? O məhşur lazımın yetişdiyi bir dönəmdə, Qarabağın ermənilərə verilməsində baiskar olan Rusiyaya diş ağartmağımız nədir, cənablar?Bildiyiniz bu cənabların sahibi olan Putin hələ illər əvvəl də belə bir addım atmışdı. Və o zamanki manevr daha gərgin, daha içlər acıdan idi. Bir məsələni qeyd edim – Biz Rusiya ilə düşmən olmağın tərəfdarı deyilik, əsla. Biz haqq olan haqqımızın tərəfdarıyıq. Ən azından ona görə ki, Qarabağ məsələsində bu millət boş cibini və ac mədəsini düşünmədən gözübağlı ölümə getməyə həmişə hazır olub. Son hadisələr bunu bir daha sübut etdi. Bu da sübut olundu ki, bu millət kimlər televiziyalarda nə hoqqalar çıxarır çıxarsın, Qarabağın işğalı ilə barışmayacaq.Hələ illər əvvəl Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri qeyri-formal şəraitdə də davam etmişdi. Rəsmi görüşlərdən sonra Azərbaycan Prezidenti Putini evinə qonaq aparmışdı və onlar çay süfrəsi arxasında, qeyri-formal şəraitdə söhbətləşmişdilər. Prezidentlərin görüşünün bir qeyri-rəsmi hissəsi isə Bakı limanında lövbər salan “Dağıstan” hərbi gəmisinə baxmaq olmuşdu. Və bu da məlum olmuşdu ki, sən demə, gəminin kapitanı milliyətcə azərbaycanlıdır. Bu şəxs əslən Goranboy rayonunun Səfikürd kəndindən olan 1978-ci il təvəllüdlü Miriyev Vüsal Müzəffər oğludur. O, 1996-cı ildən Rusiya hərbi donanmasında xidmət edir. 3-cü dərəcəli gəmi kapitanıdır. Vüsal Miriyev əvvəlcə raket daşıyan katerin kapitan köməkçisi, sonra isə kapitanı olub. 2010-cu ildən “Tatarıstan” gəmisinin kapitanıdır. Maraqlıdır ki, Putinin səfərindən vur-tut iki gün qabaq Bakıya gələn “Dağıstan” gəmisinə kapitan təyin olunub. Ailəlidir, üç uşaq atasıdır.Bakıya lövbər salan gəminin kapitanını azərbaycanlı olması Rusiya KİV-in nəzərindən qaçmamışdı. Rusiyanın “Rossiya-24” telekanalı bu haqda verdiyi reportajda belə bir məqama toxunmuşdu. “Gəmi kapitanı özünü təqdim edəndə Putin və Əliyev bir qədər çaşdı. Putin özünü elə göstərdi ki, sanki onun azərbaycanlı olduğunu bilmirmiş. Amma yenə ondan bu barədə soruşdu və təsdiq cavabını aldı. Vüsal Miriyev özünü təqdim edəndə Putin bunu iki xalq arasında dostluq münasibətinin təzahürü kimi xarakterizə etdi. Həmin vaxt Əliyevin nə fikirləşdiyi məlum deyil”. Bu barədə Rusiya mətbuatı yazmışdı.Bütün bunların nə demək olduğunu yaxşı başa düşürük. Biz bilirik ki, Rusiyanın Azərbaycanın içində olan siyasət meydanlarındakı kapitanları öz ordusunda olan kapitanların sayından qat-qat çoxdur. “Həqiqət bir gün əlbət parlayacaq” – bunu Qurucu liderimiz Məmməd Əmin Rəsulzadə demişdi.Gəlin, görək, indi ermənilər nə edir və bu aralar sağa sola bəyanatlar səsləndirən Paşinyan hakimiyyəti nə düşünür və hansı addımları atır. Xəbərçi deyiləm, amma Xəbəriniz olsun – Ermənistan Kəlbəcərə Livandan gələn erməniləri yerləşdirməkdədi. Bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumatda bildirilib. DTX-nın məlumatında deyilir: “Azərkosmos ASC-nin “Azersky” peyki vasitəsilə aparılmış monitorinqlər nəticəsində ölkəmizin işğal altındakı Kəlbəcər rayonunun ərazisində qeyri-qanuni yaşayış məskəninin salınması faktı öz təsdiqini tapıb2019-cu ilin sonlarından etibarən salınmağa başlamış bu yaşayış məskəni hazırda 15 evdən ibarətdir. İnşaat işlərinin sürəti və gedişi bu yaşayış məskəninin daha da genişlənəcəyini deməyə əsas verir. Belə ki, 2020-ci ilin yanvar ayında bu yaşayış məskənində 6 ev, martda 10 ev, apreldə 14 ev hazır vəziyyətə gətirilmişdirsə, avqust ayında bu rəqəm artıq 15-ə çatıb”.Qeyd edilib ki, düşmənin bu cür süni məskunlaşdırma siyasətinin tərkib hissəsi olaraq son illər işğal altında olan rayonlarda, o cümlədən Cəbrayılda “Aracamux”, Laçında “Ariavan” adlı yaşayış kompleksi, Zəngilanda, Qubadlının Xanlıq kəndində yeni yaşayış məntəqələrində evlərin tikilməsi ilə bağlı qeyri-qanuni fəaliyyət həyata keçirilib.Peyk təsvirlərinin analizində göründüyü kimi, yeni yaşayış məntəqələrinin salınması faktı Azərbaycanın işğal edilmiş ərazilərində baş verir. Bu qanunsuz fəaliyyət Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarının işğalının davam etdirilməsi və möhkəmləndirilməsi, ərazilərimizin ilhaq edilməsi və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri qayıtmasının qarşısının alınmasına yönəlib.Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının azərbaycanlı sakinlərinin öz evlərinə geri qayıtmaq hüququ təmin ediləcək və təcavüzkar Ermənistan bütün qeyri-qanuni əməllərinin hüquqi cavabını verəcəkdir.Bunu DTX –nın məlum açıqlaması deyir.Bütün bunlar nə deməkdir? Bu o deməkdir ki, Ermənistan torpaqları danışıqlar yolu ilə qaytarmayacaq. Bu, o deməkdir ki, danışıqlardan söhbət belə gedə bilməz. Torpaqlar müharibə yolu ilə geri qaytarılmalıdır. Şəxsən mən, səfərbərliklə bağlı Tovuz hadisələri vaxtı bir çoxları kimi qeydiyyatdan keçmişəm və döyüşə hər zaman hazıram.Qarı düşmən yabı kimi dişlərini ağardır!Qarabağın ağaran günü ölümü sinəsinə siphər edənlərin şərəfidir. Bizi bu şərəfdən heç kim məhrum edə bilməyəcək. Bu xalq, bu millət bu qədər ucuzlaşmağa layiq deyil əsla. Rus əsgərinin qabağında atılıb düşmək kimi. Bizim səbr kasamızdan anaların göz yaşları axır. Bizim səbr kasamıza düşmən, az qala, çirkli ayaqlarını sallayıb sərinləyir. Bizim səbr kasamızın “lazım” qulpu qırılıb, tutmağa qulpu yoxdu. Qarabağ məsələsinə “qulpqoyanlar” bilməlidilər ki, bu xalq, bu millət Qarabağ zillətini sonsuza qədər çəkmək fikrində deyil, çəkməyəcək də!Məlum məsələdir ki, Qarabağ mövzusunu 30 ildir gündəmdə diri tutub ölü saxlayanlar məqsədlərinə çata bilmədilər – nə bu millətin gənclərinə “cinsi azlıqlara hörmət kultu” aşılamaqla, nə də vətənsizlik kimi bir meyarı əldə bayraq edən qlobalizm, humanizm sırımaqla heç nə edə bilmədilər. Xalq 1990-da nə idisə, “APREL DÖYÜŞLƏRİ”ndə də odur!Vaxt vədə kürsü davası vədəsi deyil müxalif cənablar! İrəvanda xal qalmadı, ürəyimizə xal düşməsin, Paşinyan Şuşada yallı gedir, başımıza daş düşüb. Özü də, düşmən tapdağı altında qalan məzar daşları boyda. Özü də, Şuşadakı məscidin minarələri boyda.Müharibə mütləq olmalıdır və biz, namusumuz olan Qarabağı düşmən tapdağından xilas etməliyik. Şuşa məscidində namaz qılmaq əhdi ilə.

Mənbə
Dominanthurriyyet.org
Hamısını Göstər

Related Articles

Back to top button