Türkiyənin hərbi təyyarəsi Gürcüstan–Azərbaycan sərhədində qəzaya düşdü – YENİLƏNDİ/RƏSMİ

Azərbaycandan qalxdığı bildirilən Türkiyənin C-130 hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qəza yerində axtarış-xilasetmə əməliyyatlarına Gürcüstan rəsmiləri ilə birlikdə dərhal başlanılıb.
***
15:54
Türkiyə Ordusuna məxsus olduğu güman edilən hərbi təyyarə Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan KİV-lər məlumat yayıb.
Qeyd edək ki, rəsmi qurumlar məlumatla bağlı hələlik açıqlama verməyiblər.



