Türkiyənin mesajına müsbət cavab: “Təhvil verməyə hazırıq”

Türkiyənin siyasi həll çağırışlarına müsbət cavab verməyən Bəşər Əsəd rejimi Hələbdən sonra ölkənin dördüncü böyük şəhəri Həmanı da silahlı müxalifətə təslim edib. Həma müxalifətin nəzarətinə keçdikdən sonra Əsəd rejiminin iqtidarda qalmaq şansı da xeyli azalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən günlərdə Suriya rejiminin siyasi həll prosesinə qoşulmasının lazım olduğunu söyləyib. Nəşr yazır ki, bu kontekstdə Əsədin getmək və ya razılaşmaqdan başqa çarəsi yoxdur.

Dəməşqə doğru irəliləyən “Heyət Təhrir əş-Şam” Hərəkatının (HTŞ) rəhbərlik etdiyi müxalifətin Əsəddən sonra mövqeyinin necə olacağı maraq doğurub. Məsələ ilə bağlı HTŞ-dən diqqətçəkən bir açıqlama gəlib.

Hərəkat lideri Əbu Məhəmməd əl-Colani Dəməşq və İranın dəstəklədiyi silahlı birləşmələrdən təmizlənən Hələb şəhərinə gedib.

HTŞ-nin mülki və hərbi strukturlarını Suriya cəmiyyətinin tam mövqeyini əks etdirən yeni qurumlara təhvil verməyi hədəflədiyini deyən Colani bunun üçün hətta hərəkatın da ləğv edilə biləcəyini vurğulayıb. Həmçinin o, Hələbi Suriya Keçid Hökumətinə təhvil verməyə hazır olduqlarını açıqlayıb:

“Qarşıdakı həftələrdə HTŞ də daxil olmaqla bütün döyüşçülərə mülki əraziləri tərk etmək göstərişi veriləcək. Aidiyyəti qurumlar öz işlərini davam etdirmək üçün dəvət olunacaqlar. Şəhərin fərqli sosial-mədəni normalarına uyğun olaraq müsəlmanlar kimi xristianlara da hörmət ediləcək”.

Müxaliflər bu müddət ərzində Hələbin ölkənin yeni paytaxtı ola biləcəyini deyirlər.

HTŞ-nin planı Hələbdəki idarəçiliyi bölüşən ortaq mövqe prinsipini nəzərdə tutur. Bütün seqmentlərin təmsil olunduğu bu müvəqqəti idarəetmədə İdlib və Həma kimi vilayətlər də inzibati mərkəz olaraq bir növ paytaxt rolunu oynayacaqlar.

Müxalifət Əsəd rejiminə qarşı irəliləməyə davam edir. Müxaliflər son olaraq Həma şəhərini ələ keçiriblər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button