Türkiyənin Suriya daxilindəki torpağı azad edildi

Türkiyənin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə daxil olan və Suriya ərazisində yerləşən Süleyman şah hörmət postunun azad edildiyi bildirilir.

Musavat.com xəbər verir ki, iddialara görə, post Türkiyə dəstəkli qüvvələr və Şam ordusunun birgə fəaliyyəti nəticəsində nəzarətə götürülüb.

Qeyd olunur ki, sözügedən ərazidə Osmanlı imperiyasının banisi Osman Qazinin babası hesab edilən Süleyman şahın məzarının yerləşdiyi bildirilir. Bununla yanaşı, bəzi tarixi mənbələrdə burada dəfn olunan şəxsin Osman Qazinin birbaşa babası olmadığı, eyni adlı başqa bir tarixi şəxs ola biləcəyi də vurğulanır.

Xatırladaq ki, Süleyman şah türbəsi Türkiyə üçün eksteryitorial status daşıyır və illərdir Ankara–Şam münasibətlərində həm hüquqi, həm də simvolik baxımdan həssas mövzu kimi qiymətləndirilir. Baş verənlərin regionda yeni siyasi-hərbi balans formalaşdıra biləcəyi istisna edilmir.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button