Türkiyənin vitse-prezidenti: “Azərbaycanla bir olmuşuq, eyni yolda da davam edəcəyik”

“Hər zaman Azərbaycanla bir olmuşuq, bundan sonra da eyni yolda davam edəcəyik”.

Polise.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.

“Qarabağ uzun illər davam edən işğaldan sonra azad edildi. Azərbaycan indi Qarabağın hər guşəsində öz bayrağını sancıb. Buna görə də onu təbrik edirik. Biz Türkiyə Cümhuriyyəti olaraq hər zaman Azərbaycanla bir olmuşuq. Bundan sonra da eyni yolda davam edəcəyik”, – Cevdet Yılmaz vurğulayıb.

O, qeyd edib ki, Türkiyə beynəlxalq hüquqa, əxlaqa, vicdana, mərhəmətə uyğun hərəkət edəcək: “Başqalarının hüquqlarımızı və qanunlarımızı heç bir şəkildə pozmasına icazə verməyəcəyik”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button