Türkiyənin xarici işlər naziri ilə ABŞ-ın dövlət katibi arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ-ın dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

Polise.az  xəbər verir ki, Türkiyənin diplomatik mənbələrindən əldə edilən məlumata əsasən, danışıq zamanı İsrail-Fələstin qarşıdurması, münaqişənin bölgəyə yayılmasının qarşısının alınması və girovların dəyiştirilməsi istiqamətində görüləcək işlər, humanitar yardım dəhlizinin yaradılmasının vacibliyi, eləcə də NATO-nun genişlənməsi prosesi müzakirə edilib.

Türkiyəli nazir İsrail-Fələstin qarşıdurmasında mülki vətəndaşların hədəf alınmasının qəbuledilməz olduğunu vurğulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button