Türkiyənin xarici işlər naziri ilə ABŞ-ın Dövlət katibi arasında telefon danışığı olub
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ-ın Dövlət katibi Antoni Blinken arasında telefonla danışığı olub.
Polise.az Türkiyənin diplomatik mənbələrinə istinadla xəbər verir ki, qarşılıqlı münasibətlərdə müttəfiqlik ruhuna uyğun hərəkət etməyin vacibliyinin vurğulandığı telefon söhbəti zamanı ABŞ ilə Türkiyə arasındakı ikitərəfli münasibətlər, İsveçin NATO-ya üzvlüyü, F-16 qırıcıları, müdafiə sənayesi sahəsində əməkdaşlıq, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Danışıq zamanı İsrail-Fələstin arasında davam edən gərginlik ətrafında da fikir mübadiləsi aparılıb. Hakan Fidan bu qarşıdurmada tam atəşkəsin əldə edilməsi, daimi sülhün reallaşdırılması istiqamətində siyasi prosesi başlatmaq üçün danışıqlar masasına oturulmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, iki ölkə rəsmisi arasındakı telefon danışığı ABŞ tərəfinin təklifi ilə baş tutub.
Polise.az