“Türkmənistan Hava Yolları” Aşqabaddan Moskvaya uçuşların dayandırılma müddətini marta qədər uzadıb

“Türkmənistan Hava Yolları” (“Turkmenistan Airlines”) aviaşirkəti Aşqabad-Moskva marşrutu üzrə uçuşların dayandırılma müddətini marta qədər uzadıb.

Polise.az xəbər verir ki, bu barədə “İnterfaks” aviaşirkətə istinadən məlumat yayıb.

“Fevralda Moskvaya uçuşlar dayandırılıb”, – aviaşirkətdən bildirilib.

Uçuşların dayandırılmasının səbəbləri açıqlanmayıb.

“Türkmənistan Hava Yolları” Moskva və Aşqabad arasında uçuşları ötən ilin sonunda dayandırıb. Reyslərin 2024-cü il dekabrın 30-dan 2025-ci il yanvarın 31-dək dayandırılacağı bildirilmiş, qərarın səbəbləri isə açıqlanmamışdı.

Hazırda S7 Rusiya və Türkmənistan arasında müntəzəm uçuşlar həyata keçirən yeganə aviadaşıyıcıdır.

Daha əvvəl bir neçə xarici aviaşirkət dekabrın 25-də “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra Rusiyaya uçuşlarını ləğv etmişdi.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button