“Türkün Türklə ədavətə haqqı yox” – Tokayev bu şairdən maraqlı sitat gətirdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı Azərbaycan şairi Bəxtiyar Vahabzadənin “Türkün Türklə ədavətə haqqı yox” misrasını sitat gətirib.

 

Tokayev bu fikrin Türk dünyasının həmrəyliyi və qardaşlıq ruhunun dərin ifadəsi olduğunu vurğulayıb.

Prezident həmçinin Qazaxıstan Türk Dünyası Tədqiqatçıları Klubunun yaradılmasını və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ziyalılarının iştirakı ilə Qazaxıstanda xüsusi tədbirin keçirilməsini təklif edib.

Tokayevin sözlərinə görə, TDT məkanında mədəni və humanitar əlaqələr Türk dünyasının birliyində mühüm rol oynayır:“Gənclərin mədəni inteqrasiyasını gücləndirməliyik. Bu məqsədlə gələn il Almatıda Kreativ İqtisadiyyat Forumu keçirməyi təklif edirəm. Bu forum gənclərimizi bir-birinə daha da yaxınlaşdıracaq, onların bilik və bacarıqlarını artıracaq”.

O əlavə edib ki, ziyalıların iştirakı ilə keçiriləcək tədbirin Təşkilatın Ağsaqqallar Şurası çərçivəsində təşkil olunması məqsədəuyğun olardı.

 

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button