Müharibə bitdikdən sonra İranda nə baş verəcək?

Böyük Britaniya Baş naziri Kir Starmer İranda müharibə bitdikdən sonra siyasi razılaşmanın əldə edilməsinin vacibliyini bildirib.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, o, müharibənin İrandan gələn təhdidlərin qarşısını ala biləcək şəkildə bitməli olduğunu deyib.
Starmer bildirib ki, ABŞ-nin hərbi əməliyyatları İranın hərbi potensialını əhəmiyyətli dərəcədə zəiflətsə də, əsas sual müharibə bitdikdən sonra nə baş verəcəyidir.
Britaniya Baş naziri əlavə edib ki, nüvə proqramı, ballistik raket imkanları, proksi qüvvələr və beynəlxalq gəmiçilik üçün təhdidlər də daxil olmaqla, İranın hərəkətlərini cilovlamaq üçün razılaşma çərçivəsinə ehtiyac var.
Polise.az



