Ukrayna Aİ-yə tam üzv olacağı tarixin proqnozunu verdi
Ukrayna 2024-cü ildə Avropa İttifaqına daxil olmaq niyyətindədir.
Bu barədə Ukrayna baş nazirinin birinci müavini – iqtisadiyyat naziri Yuliya Sviridenko bildirib.
“Biz bu ilin yayında Aİ-yə namizəd statusunu alacağımızı gözləyirik”, – deyən nazir ərizənin birinci hissəsinin artıq təqdim olunduğunu deyib.
O, həmçinin söz verib ki, ölkə Aİ-yə üzvlük üçün bütün tələbləri eyni sürətlə yerinə yetirəcək.
“Ukrayna 2024-cü ildə Avropa Birliyinin tamhüquqlu üzvü olmağı gözləyir”, – deyə Sviridenko sözlərini yekunlaşdırıb.