Ukrayna Baş Qərargahı: “Rusiya ordusu itki verir, ruhdan düşmüş hərbçilər təslim olur”
Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahı Rusiya-Ukrayna müharibəsinin doqquzuncu günü ilə bağlı məlumatlar paylaşıb.
Bildirilir ki, “Rusiya ordusu bütün istiqamətlərdə itki verir, döyüş qabiliyyətini itirmiş hərbçilər təslim olur və texnikanı tərk edirlər.
Qarşı tərəfin əsas səyləri Kiyevin mühasirəyə alınmasına və blokadaya alınmış yaşayış məntəqələrində müqavimətin zəifləməsinə yönəlib.
Makarov ərazisində Rusiya əsas qüvvələrinin qarşısı alınır və dayandırılır. İşğalçılar Buçadan və Qostomel aerodromundan geri çəkildilər”.
Qeyd edilir ki, Rusiya hərbçiləri Xarkovu şimaldan blokadaya alırlar, Axtırka bölgəsində uğur qazana bilməyib, əsas qüvvələri Qadyaç və Zenkiv bölgəsində cəmləşdiriblər.