Ukrayna Belarusla sərhədi minalayır – Konstantin Molostov

Belarus Dövlət Sərhəd Komitəsinin sədri Konstantin Molostov sərhəddə Ukrayna istehkamlarının tikintisinin davam etdirildiyini təsdiqləyib.
Polise.az xəbər verir ki, bu barədə “BelTa” agentliyi məlumat yayıb.
Molostov Ukrayna tərəfindən dəmir-beton və tikanlı məftillər, tank əleyhinə xəndəklərin tikintisinin və ərazilərin minalanmasının davam etdiyini bildirib.
Molostovun sözlərinə görə, 2024-cü ildə Ukraynadan 41 təxribat qeydə alınıb. O cümlədən 17 pilotsuz uçuş aparatı Belarus hava məkanını pozub.
Polise.az