Ukrayna Dağıstanı vurdu

Ukrayna ordusu PUA-larla Dağıstanının Kaspiysk şəhərinə (Rusiya) hücum edib. Hücumun hədəfində “Daqdizel” müdafiə zavodu olub.
Polise.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Dağıstan rəhbəri Sergey Məlikov bildirib ki, Kaspiysk üzərində dronlar zərərsizləşdirilib. Amma o, PUA-ların hansı obyektləri hədəfə aldığını dəqiqləşdirməyib.
Dağıstan Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində 12 yaşlı qız yüngül qəlpə yarası alıb.
Ukrayna KİV bildirib ki, PUA hücumu səbəbindən çoxmərtəbəli yaşayış binasının pəncərələri və dayanacaqda avtomobillər zədələnib. Hücumun hədəfində “Daqdizel” zavodu olduğu qeyd edilib. Zərər görmüş çoxmərtəbəli bina həmin müəssisədən təxminən 3,5 km məsafədə yerləşir.
“Daqdizel” müdafiə zavodu Rusiya hərbi-sənaye kompleksinin böyük müəssisələrindən biridir.
Polise.az



