Ukrayna daha bir neçə yaşayış məntəqəsinə nəzarəti bərpa edib

Ukrayna hərbçiləri Nikolayev vilayətinin daha bir neçə yaşayış məntəqəsinə nəzarəti bərpa edib.

Bu barədə “Pivden” əməliyyat komandanlığının sözçüsü Vladislav Nazarov məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya qüvvələri Nikolayev və Xerson vilayətlərində ələ keçirdikləri əraziləri qorumağa, həmçinin diversiya-kəşfiyyat əməliyyatları aparmağa çalışır:

“Ukrayna bölmələri tərəfindən düşmənin iki diversiya-kəşfiyyat qrupunun irəliləmə cəhdinin qarşısı alınıb. Heyətin 50 %-ni itirən diversiya-kəşfiyyat qrupu geri çəkilib. Eyni zamanda Xerson vilayətinin inzibati sərhədlərinin yaxınlığında yerləşən Nikolayev vilayətinin 5 yaşayış məntəqəsinə nəzarət bərpa olunub”.

V.Nazarov əlavə edib ki, işğalçılar 73 canlı qüvvə və “Pantsir S1”, avtomobil və zirehli nəqliyyat vasitəsi daxil olmaqla 7 texnika itirib.

Xatırladaq ki, ötən gün “Pivden” əməliyyat komandanlığının sözçüsü Xerson vilayətinin 8 yaşayış məntəqəsinə nəzarətin bərpa edildiyini açıqlamışdı.

Hamısını Göstər

Related Articles

Back to top button