Ukrayna dronlara qarşı lazer silahları hazırlayır

Ukrayna yaxın aylarda Rusiya dronlarını vura biləcək yeni lazer silahını təqdim edəcək.

Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanının müavini, briqada generalı Andrey Lebedenko bildirib.

Onun sözlərinə görə, silahın istehsalında həm Müdafiə Nazirliyinin müvafiq qurumu, həm də özəl şirkətlər iştirak edir:
“Bizdə lazer silahları istehsal edən özəl müəssisələr var. Ukrayna istehsalı olan məhsullar dronları məhv etməyə qadirdir və hazırda onların Rusiya “Şahidlər”i ilə mübarizədə istifadəsi üzərində iş aparılır. 2-3 aya silah tam hazır olacaq”.

İyulun əvvəlində keçmiş müdafiə naziri Mixaylo Fedorov Ukraynanın artıq hava hücumundan müdafiə üçün lazer silahları sınaqdan keçirdiklərini bildirmişdi .

Onun sözlərinə görə, hadisələrin inkişafı artıq ilk nəticələrini verib, lakin detallar hələlik açıqlanmayıb.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button