Ukrayna Ərdoğan və Trampın iştirakı ilə liderlərin görüşünün keçirilməsini istəyir

Ukrayna Rusiya tərəfinə avqustun sonuna qədər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Donald Trampın iştirakı ilə liderlərin görüşünü keçirməyi təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, nümayəndə heyətinin rəhbəri Rustəm Umerov görüşün nəticələrinə əsasən danışarkən bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfi həmçinin atəşkəsə, xüsusilə kritik və mülki infrastruktura zərbələrin dayandırılmasına hazır olduğunu bəyan edib.

Rusiya və Ukrayna hərbi və mülki əsirlərin gələcək mübadiləsi barədə razılığa gəliblər və əsir mübadiləsi üzrə yeni danışıqlar raundu keçirməyəcəklər. Onun sözlərinə görə, Rusiya və Ukrayna arasında humanitar mübadilədə 1200-dən çox insan iştirak edəcək.

“Həmçinin əsirlərin və mülki şəxslərin mübadiləsinin növbəti mərhələlərini müzakirə etdik. Rusiya tərəfi üç ildən çox əsirlikdə olan insanların, o cümlədən ağır yaralıların və gənclərin qaytarılmasına razılıq verib”, – Umerov bildirib.

Ukrayna nümayəndə heyəti mülki şəxslərin və uşaqların mübadiləsinin müzakirə mövzusu olmadığını, onların sadəcə qaytarılmalı olduqlarını vurğulayıb.

Nümayəndə heyəti üzvlərinin sözlərinə görə, Trampın təşəbbüsü dəstəklənir və bununla bağlı çoxsaylı görüşlər keçirilib.

“Humanitar sahədə nailiyyətlərimiz var. Atəşkəsə gəlincə, hələlik güzəştlər yoxdur. Ukrayna tərəfi atəşkəsə həmişə hazırdır. Lakin Rusiya bunu istəmir”, – onlar bildiriblər.

Ukrayna tərəfi bu dəfəki görüşün digərlərindən fərqləndiyini, bu dəfə emosiyanın daha az olduğunu bəyan edib.

“Müzakirə olunan sənədləri memorandum adlandırmaq düzgün deyil. Biz hesab edirik ki, bunlar layihələrdir. Qeyd etmək lazımdır ki, Ukrayna sənədləri Rusiya sənədlərindən daha realistikdir”, – onlar əlavə ediblər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button